"Yazırdılar ki, evli kişidən necə hamilə qalmısan?" - Tanınmış azərbaycanlı aktrisa

"Yazırdılar ki, evli kişidən necə hamilə qalmısan?" - Tanınmış azərbaycanlı aktrisa
MÜSAHİBƏ
13:04 25.10.2023
4654
Televiziyalarda yeni mövsümün başlaması ilə əlaqədar müxtəlif süjet xəttinə sahib yeni teleseriallar işıq üzü görməyə başlayıb. Bu gün Azərbaycan teleməkanında müxtəlif teleseriallar tamaşaçılara təqdim olunur. Təbii ki, serialların da öz izləyicisi, auditoriyası var. Sevəni də var, sevməyəni də. 

Son zamanlar reyting cədvəlində ilk sıralarda olan və uzun zamandır bu yerini qoruyub saxlayan "Xəyanət” serialı ekrana gəldiyi ilk gündən tamaşaçı sevgisini qazana bildi. Istər fərqli süjet xətti, istərsə də aktyor heyəti ilə.

"Tək bir səhv insanı ömrü boyu təkliyə məhkum edə bilir" sloqanlı ailə dramında Könül obrazına həyat verən aktrisa Arzum Kərimova AZXEBER.COM-un suallarını cavablandırdı.

- Könül obrazını bu qədər içdən oynamağınızda Arzumun rolu nə qədərdir? Oxşar və ziddiyətli tərəfləriniz varmı?

- Mən sənətimi sevirəm və mənə verilən rolları sevərək, ürəkdən oynuyuram. Əslində, reallıqda Arzumun həyatı ilə Könülün həyatının bir oxşar yanı var, o da hər ikisinin atasız böyüməsidir. Ikisi də ata sığalına möhtac böyüyüblər.
Könül hər kəsin göstərdiyi yolla gedir, öz fikiri olmayan qızdır, qorxaq, düşünməmiş səhv addımlar atır. Amma Arzum tam fərqlidir. Cəsurdur, qətiyyətlidir və öz bildiyini edəndir. Mən bir addım atanda onu yüz dəfə ölçüb-biçirəm.

- Könül rolu tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Yaşlı və ailəli olan bir insanla qeyri-rəsmi münasibətdə olmaq, onun uşağını dünyaya gətirmək adət etmədiyimiz bir süjet xəttidir. Bu rolu qəbul edəndə Azərbaycan tamaşaçısının sizi qınayacağını yəqin ki, bilirdiniz?

- Mən aktrisayam. Əlbəttə, bütün bunları gözə almışdım. Bu yolu seçmişəmsə, hər şeyi gözə almışam deməkdir. Mənim fikrimcə aktrisa özünü hər rolda sınamalıdır. İzləyiciləri onu hər rolda görməlidirlər.

- Könülün başına gələn faciələri Arzum yaşasa idi, bu, Könülün yox, Arzumun hekayəsi olsa idi, nələri, necə dəyişərdiniz?

- Bu Arzumun hekayəsi olsa idi, o, heç vaxt əks cinsdən sevgi, qayğı dilənməzdi. Hər kəsə inad öz ayaqları üstündə duran bir qız olardı. Amma günümüzdə bu kimi problemlər çoxdur. Qızlarımız ağılsızlıq edib özlərini bədbəxt edirlər. Heç bir qıza Könülün həyatını yaşamağı arzu etmirəm. 

- Sosial şəbəkədə Könülə qarşı aqressiv olan kütlə var. Onların bu aqressiyasını şərhlərdən aydın hiss eləmək olur. Amma eyni zamanda onu dəstəkləyənlər də az deyil. Bu mənfi və müsbət rəylər əhvalınıza necə təsir edir?

-Əvvəllər çox pis təsir edirdi. Çünki çox vaxt Könülə yox, birbaşa Arzuma yazılır o şərhlər. Bunun sadəcə bir rol olduğunu düşünmürlər. Öz-özümə deyirdim axı bu insanlar məni tanımır, niyə belə deyirlər? Amma sonralar artıq alışdım. Böyüdüm deyək. Anladım ki, göz önündə olan insanam, sevən də olacaq sevməyən də.  Hamı məcbur deyil ki məni sevsin?

- "Sənət qurban tələb edir” ifadəsi ilə nə dərəcədə razısız? Hansı halda sənətdən gedərsiz?

- Mən sənətimi çox sevirəm və rola girəndə onu yaşayıram. Hətta bizim rejissorumuz Ramin Nəbiyev mənə həmişə deyir sən rola elə girirsən ki, mən qorxuram ürəyin dayanacaq. Bu sənətə görə mən çox şeydən əlimi üzmüşəm və çox şeyi də qurban vermişəm. Amma deyim ki, bizdə sənətə dəyər verən yoxdur, sənəti çox ucuzlaşdırıblar. İnsanın bəzən qəlbi sınır. Bu sənətdən məni nə vaxtsa ana olsam, yalnız övladım uzaqlaşdıra bilər. Uşağıma daha çox zaman ayırmaq üçün, onun hər anını, hər addımını, ilk ana deyişini qaçırtmamaq üçün, uzaqlaşa bilərəm.

- Bir zamanlar belə bir fikir formalaşmışdı: Azərbaycanda güclü gənc aktrisa və aktyor yoxdur. Bu gün bu fikrə münasibətiniz?

- Bu fikirlə heç razı deyiləm. Azərbaycanda çox istedadlı gənc aktyor və aktrisalarımız var. Sadəcə onlara dəstək olub şərait yaratmaq lazımdır ki, bacarıqlarını ortaya qoysunlar.

- Hər zaman hər şeydə ilk ananızın dəstəyini hiss edirsiz. Bəs Arzum özü necə bir ana olacaq?

- Bəli, mənim bu yerə gəlməyimdə anamın çox böyük əziyyəti var. Bu gün nail olduğum hər şeyi ona borcluyam.  Hər zaman anama baxıram və deyirəm ki, inşallah mən də nə vaxtsa övladıma sənin kimi ana olaram.  O, mənim hər şeyimdir.  Arzum gələcəkdə elə öz anası kimi ana olacaq inşallah.

Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi