Məşhur aktrisa Merilin Monronun Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) casusu olduğu üzə çıxıb. DTK əməkdaşı və Amerika kinematoqrafiyasının əfsanəsi aktrisa Merilin Monro arasında çox yaxın münasibətlər yaranıbmış. Lakin hər iki tərəf gərginlik hiss etdiyindən, özgə qulaq və gözlərin hər zaman onları izlədiyindən bu münasibət inkişaf etməyib. "Panorama" mətbu orqanının yazdığına görə, DTK-nın keçmiş əməkdaşı Lyudmila Temnova, Merilin Monronun sovet gizli xidmətləri ilə əlaqədə olduğunu deyib. Hətta aktrisanın kod adı da var imiş - "Maşa".