Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artistGülnar Salmanovadünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, bu barədə aparıcı İradə İsaq məlumat verib.
Aparıcı əməkdar artistin xəstəxanada dünyasını dəyişdiyini bildirib:
"Nə qədər yaşatmağa çalışsam da, mümkün olmadı. Aktrisa Gülnar xanım xəstəxanada dünyasını dəyişdi. Allah rəhmət eləsin".
Qeyd edək ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı.
O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Gülnar Salmanova xərçəng və şəkərli diabet xəstəliklərindən əziyyət çəkirdi.