“Kurdlar Vadisi Pusu” keçən həftə tamaşaçılarına xoş xəbər verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur aktyor Süleyman Qaradağ, Şahmeranın "metropol"dakı təşkilat üzvü "Camal" rolunu oynayacaq. Qaradağın "Kurtlar Vadisi"ndə unudulmaz aktyorlardan olacağı heç kəsdə şüphə doğurmur.
Qeyd edək ki, Süleyman Qaradağ daha əvvəl ssenari yazıçılığı, rejissorluq və məşhur seriallarda da rol alıb.
Sonuncu dəfə "Tek Türkiye" serialında "Şıvan" rolunu canlandırıb.
Ozal İbrahimli