Tanınmış aparıcı “İdeal”ı dələduzluqda ittiham etdi: " Biabır olasız"

SOSİAL
16:24 25.11.2017
25696
Tanınmış aparıcı Günel Hümbətova "İdeal” mağazalar şəbəkəsini sərt tənqid edib.

AZXEBER.COM xəbər verir ki, o, sözügedən mağazada ""Black Friday” endirimlərindən yararlanmaq istəyənlərin arzusunun ürəyində qalacağını vurğulayıb: "Bəzi şeylər almaq üçün "Park Bulvara” gəldim. İlk olaraq "İdeal” mağazasına girdim. Stendə 3 dənə kosmetikanı yığıblar ki, endirim ancaq bunlaradır.  Biabır olasız, "Black Friday” sizlik deyil . Çoxdan sizdən imtina etmək istəyirdim . Bu da səbəblərdən biri oldu . 

Digər səbəblər haqda gələn dəfə. Minlərlə manatlıq alış-veriş edən daha bir müştərinizi itirdiniz. "Gold Cart”ımı kim istəsə hədiyyə edə bilərəm.Ya da yox , dənizə atacam”.

OXŞAR XƏBƏRLƏR