Tanınmış azərbaycanlı aparıcı 16 yaş böyük həmkarıyla ailə qurur - FOTOLAR

SOSİAL
16:10 28.07.2016
15630

Tanınmış telejurnalist İradə İsaq ailə qurmağa hazırlaşır.

O Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi, jurnalist Yaşar İsakovla rəsmi nikaha daxil olacaq.

Cütlüyün hazırda Xaçmazda istirahətdə olduğu deyilir.

Maraqlıdır ki, həmkarlarımız uzun müddətdir dostluq edirdilər, hətta bir müddət iş yoldaşı da olmuşdular.

Xatırladaq ki, hazırda Yaşar İsakovun 52, İradə İsaqın 36 yaşı var.

Qeyd edək ki, toy sentyabrın 1-də Bakıdakı əyləncə mərkəzlərindən birində (adını bilsək də, açıqlamırıq) keçiriləcək. (olke.az)

OXŞAR XƏBƏRLƏR