Tanınmış azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli məlumat verib.
"Tovuz eli kövrək qəlbli aşıq-şairini itirdi. Ulduz Azaflı bu gün qürbətdə dünyasını dəyişib. Mövcud vəziyyətlə əlaqədar pandemiya dövrünün çətinlikləri çoxdur. Doğmaları mərhumun nəşini Azərbaycana gətirməyə çətinlik çəkir. Moskvada yaşayan soydaşlarımızın yardımına ehtiyacımız var", - yazan Səfərli soydaşlarımızdan kömək istəyib.
Qeyd edək ki, Ulduz Rusiyada yaşayırdı, o ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.