AZXEBER.COM xəbər verir ki, jurnalist Bolqarıstanda vəfat edib.
Bu haqda məlumatı tanınmış aktrisa, mərhumun bacısı qızı Məlahət Abbasova verib: "Bu dəqiqələrdə dayım, tanınmış jurnalist Eldar İbrahim Bolqarıstanda dünyasını dəyişdi".
Qeyd edək ki, mərhum uzun illər Ədəbiyyat və İncəsənət qəzetində çalışıb.
Mərhumun 66 yaşı var idi. Allah rəhmət eləsin