Tanınmış azərbaycanlı müğənni haqqında həbs qərarı verildi
MAQAZİN
11:28 23.05.2012
3155
Türkiyədə yaşayıb yaradıcılıqla məşğul olan Azəri qızı Günel barəsində həbs qərarı verilib. Günel Zeynalova hazırda Ebru Gündəşlə evli olan Rza Zərrabla sevgili olduqları müddətdə aralarındakı telefon danışıqlarını icazəsiz yaymaqda ittiham edilir. "Xəbərləşmənin gizliliyini pozma" ittihamı irəli məhkəməyə verilən Günelə 9 ay cəza verilib. İstanbul Məhkəməsi Azəri Güneli günahkar sayaraq 6 ay azadlıqdan məhrumetmə barədə qərar çıxarıb. Daha sonra da müğənninin telefon danışığını mətbuat vasitəsi ilə yaydığını əsas gətirərək 3 ay da əlavə cəza verilib.