Tanınmış azərbaycanlılar olan təyyarədə bomba həyəcanı yaşandı

Tanınmış azərbaycanlılar olan təyyarədə bomba həyəcanı yaşandı
Bütün Xəbərlər
14:45 05.12.2012
1601
Türk Hava Yolları aviaşirkətin məxsus və içərisində bir neçə tanınmış azərbaycanlının olduğu təyyarə İstanbuldan uça bilməyib.AZXEBER.COM "İhlas" xəbər agentliyinə istinadla birldirir ki, təyyarə İstanbul-Kişinyov reysini yerinə yetirməli imiş və Atataürk hava limanından uçuşa hazırlaşıb. Bu zaman təyyarədə bomba olması barədə məlumat verilib. Faktla bağlı bir nəfər saxlanılıb. 

Qeyd edək ki, Kişinyova KİV məsələləri ilə bağlı keçeiriləcək konfransa gedən tanınmış azərbaycanlılar da olub. Onların sırasında Prezdent Admnistarasiyasının ictimai siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Avropa Birliyi və Avropa Şurası mətbuat üzrə birgə layihəsinin regional koordinatoru Şahin Abbasov, Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov, həmçinin Media Hüququ İnstututunun direktoru Xalid Ağaəliyev olub. 

OXŞAR XƏBƏRLƏR