Tanınmış deputatdan ‘Azersun’a təklif – ‘Pul böyük şeydir, amma elə şeylər var ki, o puldan güclüdür'

Tanınmış deputatdan ‘Azersun’a təklif – ‘Pul böyük şeydir, amma elə şeylər var ki, o puldan güclüdür
Bütün Xəbərlər
01:05 25.08.2012
2066

“Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsi bəzi deputatların hiddətinə səbəb oldu. Hətta 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas “Azərbaycan öz futbolçusunu yetişdirməlidir və Ağdam da buyurub komandasını yetişdirsin. Onun-bunun dalınca düşmək lazım deyil”, deyib. Deputatın bu sözünə Ağdam klubunun direktoru Əmrah Çelikel belə cavab verib: “İstəyirlərsə, gedib yaratsınlar”.

AZXEBER.COM-un məlumatına görə, Modern.az bu məsələ ilə bağlı yenidən Aqil Abbasın fikirlərini öyrənib. Deputat yenidən öz fikrində dayanaraq qeyd edib ki, Ağdam gedib özünə komanda yaratsın, hətta “Qarabağ” adında da komanda yaradılsın. “Deyərlər ki, iki dənə “Qarabağ” adında komanda ola bilməz. Niyə ola bilmir ki? SSRİ çempionatında 5 dənə “Dinamo” var idi. Ağdam özünə komanda yaratsın. Biri olsun “Qarabağ-Ağdam”, o biri də olsun “Qarabağ-Azersun”. Vəssalam, qurtarsın getsin”.

A.Abbas bildirib ki, “Azersun”a məcbur etmək olmaz ki, gedib Ağdamda oynasın. “Deyəcək ki, oynamıram. Komanda mənim deyil, getmirəm. Bu məsələdə məsafə yalnız bəhanədir. Naxçıvanlılar da futbol oynayır. Onlar niyə məsafənin uzaqlığından gileylənmir?!”

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda “futbol klubu” ifadəsini işlətmək düzgün deyil. “Futbol klubunun üzvləri olur, o üzvlər komandanın yaşamasını təmin edir, özlərinin içindən prezidentini seçir. Məsələn, “Fenerbahçe” komandasındakı kimi. Bəlkə, 5000, bəlkə də 50000 üzvi var. Həmin üzvlər də lazım olanda üzv haqqı kimi pul ödəyirlər, komandanı müəyyən vəziyyətlərdən çıxardırlar. Bu məsələnin bir tərəfidir. Ağdamın 180 min əhalisi var. Bu əhali ayda 1 manat versə, 180 min manat edər. Bu da hər hansı bir komandanı yüksək səviyyədə saxlamağa bəs edər”.

A.Abbas Ağdamın yaxşı futbol məktəbi olduğunu söyləyib. “Mən “Qarabağ”ın prezident də olmuşam, fəxri prezidenti də. Mən dilənsəm də, o komandanı saxlaya bildim. Futbolçulara 100-150 dollar maaş verə bilirdik. Amma o zaman dəfələrlə “Qarabağ” komandası Avropaya gedirdi, çempion olurdu, kubok alırdı. Yəni pul böyük şeydir, amma elə şeylər var ki, o puldan güclüdür. O vaxt “Qarabağ”ın, Ağdamın xətrinə maaşsız, acqarına oynayırdılar. Hətta qalmağa da yerləri yox idi. Allah rəhmət eləsin, Aqil Paşayev “Abşeron” otelinin rəhbəri idi. Yanına getdim, xahiş elədim, o komandanın nə qədər xərcini çəkdi və orada yaşamasına icazə verdi. Sonra “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov komandaya sanatoriyasında yer verdi. Bu komanda belə yaşayıb. Onda da futbolçular ağdamlı idi. Hamısı rayonun öz yetirmələri idilər, oynayırdılar. İndi də Ağdam bunu edə bilər axı...”.

Deputat bildirib ki, məcburi köçkünlər öz “çörəkpulları”ndan da yığıb komanda yarada bilərlər. “Prezidentimiz qaçqınlara “çörəkpulu” verirdi, onda da deyirdilər ki, icra hakimiyyətləri hər adamdan 2 manat alır. Çünki hələ onda plastik kart yox idi. 30-35 manat “çörəkpulu” verirlər. Elə o puldan versinlər, klubu yaratsınlar. Sonra ianələr var, imkanlı adamlar var. Elə klubun da üzvlərindən biri mən olum. Bakıda, eləcə də rayonlarda yaşayan adamlar yığılsınlar ora, üzvlük haqqını versinlər. Həmin komandanın da birinci liqada oynamağa qoysunlar, burada formalaşsın sonra keçsin, yüksək liqaya”.

A.Abbas bəzi şəxsləri komanda yaratmağa dəvət edib: “Adil Nadirov, komandanın təsisçilərindən biridir və komandanın dəlisidir. Daha sonra Nazim var, Azərbaycan futbolunda, yığışsınlar öz komandalarını yaratsınlar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər