Tanınmış ekstrasens insanları gözləyən təhlükədən danışdı - ASTROLOJİ PROQNOZ
Bütün Xəbərlər
14:25 15.10.2014
2532
"Ekstra Hiss" layihəsinin qalibi Lamiyə İsmayılova insanları gözləyən təhlükələrdən danışıb.AZXEBER.COM-un məlumatına görə, o, Astrologiyada planetlərin hərəkətini qeyd etmək üçün 3 anlayış olduğunu bildirib : "Direkt (irəli), retroqrad hərəkət (geri) və stasionar (hərəkətsiz). Bütün planetlər Günəş və Ay istisna olmaqla retroqrad ola bilər. Planetlərin retroqrad hərəkəti insanların həyatında olan hadisələrə təsir edir. Yerə yaxın olan Venera, Merkuri və Mars planetləri insanların davranışına və həyati vəziyyətlərinə güclü təsir edirlər. Bu o demək deyil ki, başqa planetlər insana heç cür təsir etmir. Merkuri planeti oktyabr ayının 4-ü Bakı vaxtıyla saat 22:00 - da retroqrada keçib və oktyabr ayının 25-i saat 01:16 - da çıxacaq. Ümumən Merkuri planeti ildə 3 dəfə retroqradda olur. Retroqrad vəziyyəti isə 3 aydan bir olmaqla 3 həftə retroqrad vəziyyətində olur. Merkuri hal hazırda retroqraddadı yəni geriyə hərəkət edir. Merkuri planeti bu vəziyyətdə olan zaman anlaşmazlıqlar(çox zaman qəribə və izah olunmayan) yaranır, elementar şeylər başa düşülmür, işlərdə ləngimə, sənədlərin tərtibatı zamanı səhvlər yaranır, bu dövrdə bağlanan müqavilələr perspektivsiz olur. Bir qayda olaraq sonralar yolverilməz səhvlər və faciəli nöqsanlar aşkar olunur. Heç bir mühüm sənədləri imzalamaq olmaz. Avtomobillər, kompyuterlər, məişət texnikası sabit işləmir. Kağızlar, açarlar, xırda əşyalar itir. Gündəlik qaydalar, təyin olunmuş görüşlər və işlər baş tutmur, kimisə yerində tapmaq çətinləşir. İnsanlar diqqətsiz, unutqan və dalğın olur. Bu dövrdə dostlardan,tanışlardan və hətta tanış olmayan adamlardan dalğın, diqqətsiz və başısoyuq olduqları üçün inciməyə dəyməz. Bu onlardan asılı deyil. Adamlar ayrı cür düşünməyə başlayır, onların nöqteyi nəzəri də dəyişir. Məhz bu zaman yəni Merkuri retroqradda olan zaman köhnə əlaqələr (həm dostluq, həm də romantik ) üzə çıxır.Siz qəflətən küçədə çoxdan görmədiyiniz adamlar ilə rastlaşa və ya telefon zəngləri ala bilərsiz. Retroqrad Merkuri zamanı təfəkkürümüz sanki bizim daxilimizə çevrilmiş olur və orada dərinlikdə oturan hər bir şeyi üzə çıxarmağa başlayır (deyilməyən sözlər, edilməyən işlər və s.) Əgər siz bu problemi həll etməsəniz 4 aydan sonra onsuz da o problemə qayıtmalı olacaqsız. Retroqrad Merkuri zamanı məsləhətdi:Müvəqqəti və yaxud mövsümü işlərə düzəlmək; köhnə tanışları yada salmaq; işdən azad olma haqqında ərizə yazmaq; əvvəl başladığınız işləri tamamlamaq; köhnə sənədlərə baxmaq və yoxlamaq, əvvəl başlanmış işləri redaktə etmək; yeni işlərə başlamağa tələsməmək; köhnə işləri qaydaya salmaq; köhnə problemləri həll etmək. Retroqrad Merkuri zamanı məsləhət deyil: Daimi yeni işə düzəlmək ; borc vermək çünki pulu tez ala bilməyəcəksiniz; şəxsi firmanı qeydiyyatdan keçirmək; mühüm sənədləri imzalamaq (orada səhvlər ola bilər); məişət texnikasını, avtomobil almaq (sonralar lazımsız və gizli defektlə ola bilərlər); köçmək, icarəyə yer götürüb, icarəyə vermək (maneələr yarana bilər); yeni tanışlıqlar əldə etmək (belə ki, onlar qısa müddətli olmaqdan başqa ciddi olmayacaq); səyahətə çıxmaq; təhsilə başlamaq, belə ki, yeni biliklər retroqrad Merkuri zamanı praktiki fəaliyyətə lazım olmayacaq. Merkuri 2015 il 21 yanvardan 11 fevrala qədər retroqradda olacaq.İkinci retroqrad vəziyyəti 19 maydan 12 iyuna qədər, üçüncü retroqrad dövrü isə 17 sentyabrdan 9 oktyabra qədər davam edəcək".Əlaqə, TEL: 055 685 56 66