Türkiyədə məşhur ekstrasenslərdən olan və "Medyum Keto" ləqəbi ilə tanınan öncəgörücü Hacı Aydoğan vəfat edib.
Daha əvvəl beynindən 3 dəfə əməliyyat olunan ekstrasens müalicə olunduğu xəstəxanada keçinib.
Qeyd edək ki, uzun illər Almaniyada yaşamış "Medyum Keto" 90-cı illərdə Türkiyəyə köçüb və vətənində ekstrasens kimi şöhrət qazanıb. Onun müştəriləri arasında tanınmış şou-biznes nümayəndələri və siyasətçilər də olub.
publika.az