Tanınmış fotoqraf: "Bu gündən etibarən azxeber.com oxucuları da o siyahıda olacaqlar" (MÜSAHİBƏ+FOTOLAR)
GƏNCLİK
13:05 24.10.2011
2604
Müsahibimiz son günlər sosial şəbəkələrdə fotoları çox bəyənilən və diqqət cəlb edən peşəkar fotoqraf Ruslan Ağazadədir. - İlk olaraq özünü azxeber.com oxucularına təqdim et. - Mən - Ruslan Ağazadə hazırda peşəkar fotoqraf kimi fəaliyyət göstərirəm. Oxucular, eləcə də "Facebook" və digər sosial şəbəkələrin istifadəçiləri mənim işlərimlə artıq tanışdırlar. Və eləcə də bu gündən etibarən azxeber.com oxucuları da o siyahıda olacaqlar. (gülür)- Ruslan, istiyirəm sənin şəkillərinin digərlərindən hansı göstəricilərə görə fərqlənməsi haqqında özün danışasan. - Çox gözəl sualdır. Hər günün öz tələbi var, o günün günəşi var, yağışı var. Mən də obyektlərin, modellərin fərqliliyini öz məna daşıyıcıları ilə birlikdə tamaşaçılara fotolarımda təqdim etməyi sevirəm. Artıq hansı istiqamətdə - mənfi və ya müsbət qəhrəman kimi canlandırmağı tamaşaçıların öz ixtiyarına buraxıram. - Fotolarını lentə də çəkirsən, indiki zamanda bunu bacaran fotoqraf barmaqla sayılacaq dərəcədə azdır. Bu, qeyri-adilik üçündür, yoxsa istədiyin keyfiyyəti əldə etmək niyyətidir?- Düzdür, indi texniki baxımdan irəliləyiş sürətlə gedir, amma gərək unutmayaq ki, fotonun başlanğıcı lentlə bağlıdır və hələ də lentin keyfiyyət və canlılıq özəlliyini əvəz edən ikinci texniki icad yoxdur. Mən də zaman-zaman lentdən istifadə edərək bu fərqliliyi tamaşaçılara çatdırmaq istəyirəm. - Çox maraqlıdır, öz foto sevənlərivi qarşıda hansı yeniliklərlə təəcübləndirmək fikrindəsən? - Qarşıda yeni və mən əminəm ki, tamaşaçılara maraqlı olacaq insanlarla fotosessiyalar gözlənilir. Yeni ideyalarım var, düşünürəm, onları lentə alanda bir çoxları böyük maraqla qarşılıyacaqlar.Ruslan Ağazadənin əl işlərindən bir neçəsini təqdim edirik.