Tanınmış iqtisadçı ekspert Tağı Əhmədovun yalanını üzə çıxardı

Tanınmış iqtisadçı ekspert Tağı Əhmədovun yalanını üzə çıxardı
Bütün Xəbərlər
12:45 14.12.2011
3494
Vüqar Bayramov: “Azərbaycanda metroda 1 nəfərə düşən xərc Avropada 1 nəfərə düşən xərcdən 40 faiz çoxdur” Metroda gedişhaqqının bahalaşdırılması müzakirə mövzusu olaraq qalır. Xüsusilə, metropoliten rəhbərliyinin bir sərnişinin daşınmasının 72 qəpiyə başa gəlməsi barədə açıqlamaları bu yöndə artımların davam edəcəyini istisna etmir. Rəsmi məlumata görə, Bakı metrosundan gündə 650 min sərnişin istifadə edir. 2009-cu ildə metroda qiymətlərin 3 dəfə bahalaşdırılmasından sonra bu rəqəmdə azalma baş vermişdi. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov MDB ölkələri ilə müqayisədə Azərbaycanda metronun qiymətinin heç də aşağı olmadığını deyir. Onun sözlərinə görə, Bakı metrosunda gedişhaqqı Minsklə müqayisədə 70 faiz bahadır. Baxmayaraq, Belarusda orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə 65 faiz çoxdur.İqtisadçı bildirir ki, Minskdə metro 15 sent, Kiyevdə 24, Ermənistanda 25, Gürcüstanda 30 sentə yaxındır. Azərbaycanda isə metronun qiyməti 26 sent təşkil edir: “Metrodakı gedişhaqqı ilə bağlı Azərbaycanı Avropa ölkələri ilə müqayisə etmək nə iqtisadi, nə də hüquqi baxımdan doğru deyil. Çünki Avropa ölkələrində metrodan istifadə haqqı yüksək olmaqla bərabər, orta aylıq əməkhaqqı da yüksəkdir. Azərbaycanla müqayisədə bu rəqəm 8 dəfə çoxdur”.V.Bayramov hesab edir ki, nəqliyyatda qiymətlər müəyyənləşdirilən zaman bu xərclərin adi vətəndaşın gəlirlərinin əhəmiyyətli hissəsini təşkil etməməsi nəzərə alınmalıdır: “Avropada, eləcə də ABŞ-da nəqliyyat xərclərinin orta aylıq əməkhaqqıda payı iki rəqəmli deyil. Azərbaycan vətəndaşı gün ərzində metrodan minimum 2, orta hesabla 3 dəfə istifadə edir. Deməli, vətəndaş gün ərzində metroya minimum 40, orta hesabla isə 60 qəpik xərcləməli olur. Bu müvafiq olaraq aya 12-18 manat xrc deməkdir. Hansıki bu da minimum pensiyanın müvafiq olaraq 14,1 - 21,1, minimum əməkhaqqının isə 12,8 və 19,2 faizini təşkil edir. Vətəndaşın digər nəqliyyat vasitələrindən də istifadə etdiyini nəzərə alsaq, vətəndaşlar ictimai nəqliyyata gündəlik orta hesabla 1 manat xərcləyirlər. Bu da kifayət qədər böyük rəqəmdir”. İqtisadçının fikrincə, metropolitendə 1 sərnişinə düşən gediş aqqının hesablanması meyarları da kifayət qədər ziddiyyətlidir: “Belə ki, ötən il metropoliten rəhbərliyi 1 sərnişinə düşən gedişhaqqının 60, ondan əvvəllki il isə 48-50 qəpik olduğunu deyirdi. Metropoliten rəhbərliyi adambaşına düşən gedişhaqqını hesablayarkən sadə metodologiyadan istifadə edir. Hər ay üçün 1 qəpik əlavə edir. Məsələn, ötən il metropoliten rəhbərliyi adambaşına düşən gedişhaqqının 60 qəpik olduğunu bildirirdisə, bu il 72 qəpik olduğunu söyləyir. Metroda gediş xərcinin 72 qəpik təşkil etməsi mümkün deyil. Bu 1 dollara yaxın vəsait deməkdir. Avropa ölkələri ilə müqayisə aparsaq və orada metroda gediş xərcinin 60 sentə yaxın olduğunu, metro işçilərinin ortaylıq əməkhaqlarının Azərbaycanla müqayisədə 8 dəfə çox olduğunu, o cümlədən elektrik enejisi tariflərinin yüksək olduğunu nəzərə alsaq, görərik ki, Azərbaycanda metroda 1 nəfərə düşən xərc Avropada 1 nəfərə düşən xərcdən 40 faiz çoxdur”.

V.Bayramov deyir ki, Moskva metropolitenində 1 sərnişinin gediş xərci 45 sent təşkil edir: “Metropoliten rəhbərliyinin 1 sərnişinə düşən xərclə bağlı hesablamaları iqtisadi baxımdan təsdiqini tapa bilməz. Maraqlıdır ki, metropoliten rəhbərliyi metroda gedişhaqqının hesablanması zamanı strukturu elan etmir. Belə aydın olur ki, bir neçə ildən sonra metroda 1 sərnişinin daşınma xərci Bakı şəhərində taksidən istifadə xərcindən yüksək olacaq. Metrodan istifadə xərcinin daha doğru hesablanması üçün bu sahədə müstəqil hesablamaların aparılmasına ehtiyac var. Digər tərəfdən metroda gedişhaqlarına sosial baxımdan yanaşmaq lazımdır. Bu proses aztəminatlı əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir”. 

/// modern.az

OXŞAR XƏBƏRLƏR