Azərbaycanın tanınmış jurnalisti, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin ailəsinə ağır itki üz verib. A.Quliyevin 5 yaşlı nəvəsi Ümman Quliyev xəstəlikdən dünyasını dəyişib.Məlumata görə, 5 yaşlı Ümman son günlərdə xəstələnibmiş. Azyaşlı bərk öskürək zamanı boğulmağa başlayıb. Yaxınları Ümmanı həkimə çatdırmağa çalışsalar da, uşaq yolda keçinib.Allah rəhmət eləsin.