Tanınmış jurnalist Aytac Carçıyevanın yeni iş yeri məlum olub.
AZXEBER.COM xəbər verir ki, xanım jurnalist İctimai TV-də işə başlayıb.
O İTV-də redaktor vəzifəsində çalışacaq.
Qeyd edək ki, Aytac Carçıyevanın son iş yeri "Xəzər TV" olub. O daha çox beynəlxalq müstəvidə fəaliyyəti, Rusiyanın televiziyalarının Türkiyədə nümayəndəsi kimi reportajları ilə tanınır.











































