Tanınmış jurnalistdən Rəsul Cunayevlə bağlı bədbin proqnoz

Tanınmış jurnalistdən Rəsul Cunayevlə bağlı bədbin proqnoz
İDMAN
17:45 16.08.2016
24113
Bu gün bütün Azərbaycanın gözü Rio Olimpiya Oyunlarına yönəlib.
Belə ki, Rioda qızıl medal ümidimiz olan Rəsul Cunayevin döyüşlərinə start verilib. 
Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayeva ümidlər çox böyük olsa da, fərqli düşünənlər də var.
AZXEBER.COM-un məlumatına görə, tanınmış idman jurnalisti Pərviz Musayev güləşçimizlə bağlı bədbin fikirlər paylaşıb. O deyib ki, Rəsulun qızıl medal qazanması müşkül məsələdir. Teleaparıcı fikrini belə əsaslandırıb:Əzizlərim, nəzərə alın ki, bütün Serbiyanın gözü yunan-roma güləşinin 66 kq çəki dərəcəsində mübarizə aparan Davor Ştefaneke yönəlib. O da UWW (Beynəlxalq Güləş Federasiyasının) prezidentinin yerlisidir. İnsaf naminə deyim ki, özü də çox güclü idmançıdır. 
Üstəlik, çəki məsələsi də var. Belə ki, Çunayevin son illərdəki uğurları qeyri-olimpiya çəkisi ilə bağlıdı. O çəkidə də əsasən indi güləşdiyi 66 kiloya düşə bilməyənlər, belə desək, rezervlər yarışırdı. Rəqabət indiki ilə nisbətdə çox aşağı idi. Bu çəkidə beş dünya çempionu, bir o qədər də iddialı güləşçi var. Yunan-Romanın favorit göstərilməsi müşkül olan yeganə çəkisidi. 
Ona görə, Rəsulla bağlı çox da xəyallar qurmayın. Həyatdı, her şey ola biler. Özüm də Resulun çempionlığu üçün dua edir ve inanıram, amma bütün kenar amilleri de nəzərə almaq lazımdır.
OXŞAR XƏBƏRLƏR