Tanınmış jurnalistə yeni vəzifə verildi

Tanınmış jurnalistə yeni vəzifə verildi
MEDİA
18:41 02.06.2014
2300
Vaxtilə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış, lakin hərbi xidmət müddətini başa vurduqdan sonra, bu ilin fevralın ayından ehtiyata buraxılan Təranə Məmmədova yeni işlə təmin olunub. AZXEBER.COM Aktual.az-a istinadən xəbər verir ki, tanınmış jurnalistin yeni iş yeri Bakı Şəhəri Təhsil İdarəsində İctimaiyətlə Əlaqələr şöbəsidir.

Əldə etdiyimiz məlumatı Təranə Məmmədovanın özü də təsdiqlədi: 

"Xəbər doğrudur, amma bu barədə hələ ki, ətraflı məlumat verə bilmərəm".

Xatırladaq ki, Bakı Şəhəri Təhsil İdarəsindən də Təranə Məmmədovanın İctimaiyyətlə Əlaqələr şöbəsinə təyinatını təsdiqləyiblər.

OXŞAR XƏBƏRLƏR