Türkiyənin tanınmış jurnalisti, “Hürriyet” və Milliyet” kimi nüfuzlu qəzetlərdə köşə yazarı olmuş, bir çox kitabın müəllifi olan Emin Çölaşan qəzaya düşüb.AZXEBER.COM-un məlumatına görə, yazar ötən gün səhər işlədiyi “Sözcü” qəzetinin redaksiyasına gedərkən onu maşın vurub.Çölaşan hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.