Bir sıra tanınmış mahnıların müəllifi olan gənc meyxanaçı Zaur Aşiq 31 yaşında vəfat edib. Lənkəran şəhər Polis Şöbəsindən verilən məlumata görə, 1981-ci ildə Lənkəranda anadan olmuş Zaur Aşiq Lənkəran şəhərində qəfildən dünyasını dəyişib. Onun meyiti ekspertizaya göndərilib. Faktla əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.Son zamanlar tanınmağa başlayan Zaur Aşiq “Qəşəng-qəşəng”, “Avtoxuliqan”, “Pristupnıy mir (Cinayət aləmi)” kimi meyxanaların müəllifi olub.