Tanınmış müğənni 84 yaşında vəfat etdi

Tanınmış müğənni 84 yaşında vəfat etdi
MAQAZİN
16:36 26.06.2026
160

"Blood, Sweat & Tears" qrupunun solisti kimi tanınan məşhur kanadalı müğənni Devid Kleyton-Tomas 84 yaşında vəfat edib.

Sənətçinin dünyasını dəyişməsi barədə xəbəri onun piar meneceri yayıb.

Musiqiçi ötən əsrin 60-cı illərinin sonunda rok qrupunun tərkibində böyük şöhrət qazanmışdı. Kollektivin ifa etdiyi populyar sinqllar vaxtilə "Billboard" hit-paradlarında ilk pillələrdə qərarlaşmış, 1970-ci ildə isə qrup "İlin albomu" nominasiyasında "Qremmi" mükafatına layiq görülmüşdü.

Devid Kleyton-Tomas fəaliyyətini sonradan solo karyera ilə davam etdirib. Yaradıcılıq uğurlarına görə o, Kanada musiqisinin Şöhrət Zalına daxil edilib, həmçinin Torontodakı "Şöhrət xiyabanı"nda ulduzu yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR