Tanınmış qapıçı xəstəxanaya yerləşdirilib

İDMAN
22:42 07.07.2023
270
Niderland millisinin və "Ayaks"ın sabiq qapıçısı Edvin van der Sar xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, veteran qolkiperin beyninə qan sızıb.

Hazırda reanimasiyada müalicə alan van der Sarın vəziyyətinin sabit olduğu bildirilib.
Qeyd edək ki, Edvin van der Sar karyerası ərzində İtaliyanın "Yuventus", İngiltərənin "Fulhem" və "Mançester Yunayted" klublarında da çıxış edib.
OXŞAR XƏBƏRLƏR