Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq

Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
MAQAZİN
18:30 01.07.2026
236
Tanınmış rejissor Karl Rinş "Netflix" şirkətinin 11 milyon dollar vəsaitini mənimsədiyinə görə 2 il 6 ay azadlıqdan məhrum edilib.

AZXEBER.COM xəbər verir ki, sözügedən vəsait "Ağ at" adlı serialın istehsalına ayrılsa da, layihə ekrana çıxmayıb.

Məhkəmədə müəyyən edilib ki, rejissor pulu kriptovalyutaya yatırıb, daha sonra isə "Netflix"i məhkəməyə verərək əlavə maliyyə tələb edib. Nəticədə milyonlarla dolları Karl şəxsi hesabına köçürərək bahalı avtomobillər, saatlar və geyimlərə xərcləyib.

Bildirilib ki, ilkin olaraq Karl Rinşi 5 il həbs cəzası gözləyirdi. Lakin onda psixi pozuntu aşkarlandığı üçün məhkəmə cəzanı 2 il 6 aya endirib. Bundan başqa, rejissor "Netflix"ə 11 milyon dollar məbləğində təzminat ödəməyə məhkum edilib.

OXŞAR XƏBƏRLƏR