Tanınmış şair Saday Şəkərli saxlanılıb.
Bu barədə jurnalist Zöhrab Əmirxanlı məlumat verib.
O, bildirib ki, hazırda S.Şəkərli Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində dindirilir: “Əlim üzümdə qaldı - şair hara, korrupsiya hara? Vallah, mən tanıdığım Sadayı çırpsan, cibindən heç on manat da çıxmaz. Nə eləyəcəyimi bilmirəm...”.
Qeyd edək ki, S.Şəkərli dindiriləndən sonra həbs edilib Kürdəxanıya göndərilməsi ehtimalı var.
///AzNews.az