Tanınmış teleaparıcı həyat yoldaşından boşanır? - Özündən açıqlama

Tanınmış teleaparıcı həyat yoldaşından boşanır? - Özündən açıqlama
MAQAZİN
13:53 07.05.2026
2321
Son günlər sosial şəbəkələrdə tanınmış teleaparıcı Cavid Gülün həyat yoldaşı ilə boşanma iddiaları yayılıb. 

Müxtəlif paylaşımlarda onun ailə həyatı ilə bağlı fərziyyələr səsləndirilib.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən aparıcı Cavid Gül yayılan iddialara münasibət bildirib.
 
O, sosial şəbəkələrdə gündəmə gələn mövzu haqda deyib:

"Xanımım niyə belə yazı paylaşıb, yaxşı olar ki, bunu onun özündən soruşasınız. İnşallah hər şey yaxşı olar".
 
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara səbəb Cavid Gülün həyat yoldaşının izləyicilərin suallarını cavablandıran zaman verdiyi cavablar olub.
 
O, "Boşanırsınız"? sualına, "Həyatdır, hər şey mümkündür" cavabını yazıb.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR