Tanınmış teleaparıcı İlham Mirzəyev kömək istədi: ‘Ailəm təhlükədədir’

Tanınmış teleaparıcı İlham Mirzəyev kömək istədi:  ‘Ailəm təhlükədədir’
Bütün Xəbərlər
11:47 15.07.2013
4015

İlham Mirzəyev köməksiz vəziyyədir

Keçən ay peşə fəaliyyətinə görə silahlı basqına məruz qalan məşhur teleaparıcı və psixoloq İlham Mirzəyev ailəsi ilə birlikdə qorxu və vahimə içində yaşayır. Teleaparıcı ANS PRESS-ə açıqlamasında, ona təcavüz edərək ölümlə hədələyən şəxsin hələ də azadlıqda olduğundan narahatlığını bildirdi: "Mənim ailəm, iki övladım, həyat yoldaşım, anam və özüm bu dəqiqə stress, qorxu və həyəcan içində yaşayırıq. Anam şəkər xəstəsi olduğundan bu yaşananlar üzündən bir neçə dəfə komaya düşüb. Çünki bu insan azadlıqdadır. Qorxmadan 3 nəfərlə maskalanıb silahla mənə təcavüz edən bir insandan hər şey gözləmək olar. Mən prezidentimin, dövlətimin , xalqımın, vətənimin yolunda şəhid olmağa belə hazıram. Və özümü xoşbəxt sayaram. Amma hansısa nadanın bıçağının və yaxud da başqa silahının qurbanı olsam mənim qəbrim də od tutub yanar". Hadisə ilə bağlı Yasamal Rayon Baş Polis İdarəsində cinayət işi açılıb. İlham Mirzəyevin şikayəti əsasında qarşı tərəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dələduzluq və ölümə qəsd maddələri ilə iş açılıb. Teleaparıcının sözlərinə görə təqsirləndirilən şəxs hədələrlə, şantajla ondan şikayətini geri götürməsini tələb edir. "Hadisədən əvvəl hər gün zəng vurub məni təhqir edib, hədələyirdi. Bu hadisə baş verdikdə mən hüquq-mühafizə orqanlarına şikayət etdiyim üçün bir neçə gün ondan səs-soraq çıxmadı. Amma yenə də məni narahat etməyə başlayıb. Məndən şikayətimi geri götürməyimi istəyir. Şikayətimi geri götürməyəcəyim təqdirdə məni şərləyəcəyini deyir. Evimə narkotik və ya silah atmaqla hədələyir", - deyən İlham Mirzəyev nə edəcəyini bilmir. Çarəsiz halda olan tanınmış teleaparıcı gecə-gündüz xof içində yaşadığını deyir: "Başa düşə bilmirəm nəyi gözləyirlər. Mən öləndən və övladlarıma bir şey olduqdan sonra polislər onu həbs edəcəklər? Tibbi ekspert öz rəyini verib, şahidlər dindirilib və mən zərərkçəkmiş kimi tanındım. Cinayət işi açılmağına baxmayaraq, o təqsirkar, mən zərərçəkmiş kimi tanınmağıma baxmayaraq bu adam hələ də azadlıqdadır. Deyir ki, onsuz da mən Rusiyada işlərimi düzüb qoşmuşam. Səni və ya ailəndən birini öldürüb qaçıb gedəcəm ora. Mən biznesmenəm, yetərincə pulum var. Pulum varsa istədiyimi ede bilərəm. O, Azərbaycanda mötəbər bir şəxsin adından istifadə edir. Amma mən istəmərəm ki, hansısa məmurun adından istifadə edib haqsızlıq törətsinlər. Bəlkə də o məmurun heç baş verənlərdən xəbəri yoxdur. Bir az gözləyəcəm, vəziyyətin gedişatı məni qane etməsə həmin məmurun adını mətbuata açıqlayacam. Qoy, xəbəri olsun ki, onun adı ilə nə işlər görülür. Mən dövlətimizə, qanunlarımıza, ən başlıcası da ölkə baçşımıza ınanıram. Xalmımı sevirəm, 22 ildir bu xalqa xidmət edirəm. İnanıram ki, prezidentim və dövlətim məni bu nadanın əlində qoymayacaq". İlham Mirzəyev mediaya müraciət edərək, köməyə ehtiyacı olduğunu bildirdi: "Media 4-cü hakimiyyətdir. Əgər siz bu məsələni nəzarətdə saxlasanız, inanıram ki, haqq-ədalət yerini tutacaq. Ey 4-cü hakimiyyət, mən sizdən kömək gözləyirəm və üzümü tuturam bütün Azərbaycan mediasına, mənə dəstək olun, mən sizə güvənirəm. Əgər bu gün belə bir iş mənim başıma gəlibsə, deməli heç bir jurnalist bundan sığortalanmayıb."
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İzmirdə iki yerdə meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təhlükə altındadır
19:42 29.06.2025
İzmirdə iki yerdə meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təhlükə altındadır
Samuxda 86 yaşlı qadının yanmış meyiti aşkarlandı
19:37 29.06.2025
Samuxda 86 yaşlı qadının yanmış meyiti aşkarlandı
İran hava məkanının bağlanmasını 30 iyuna qədər uzadıb
19:21 29.06.2025
İran hava məkanının bağlanmasını 30 iyuna qədər uzadıb
Xəzərdə meyit aşkarlandı
19:07 29.06.2025
Xəzərdə meyit aşkarlandı
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
18:52 29.06.2025
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
18:47 29.06.2025
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək