Tanınmış telejurnalist 'Qarabağ'da

Tanınmış telejurnalist
İDMAN
18:18 15.05.2013
1563

Qarabağ` Futbol Klubunda yeni təyinat baş tutub. Azərbaycan futbol ictimayyətində tanınmış simalardan olan, Televiziya sahəsindəki fəaliyyəti ilə məşhurlaşan Emin Abbasov bugündən etibarən `Qarabağ` FK-nın idari sturukturunda çalışacaq. Emin bəy `Qarabağ` FK-da aşağı yaş qruplarının baş koordinatoru vəzifəsinə təyinat alıb. Emin Abbasov Qarabağın rəsmi saytına ilkin təəssüratları və hədəfləri haqqında danışıb. "Harada olmağımdan asılı olmayaraq həmişə Azərbaycan futboluna xidmət etməyə çalışmışam. `Qarabağ` klubundan iş təklifi aldım və məmnuniyyətlə bu dəvəti qəbul etdim. Klubun direktoru Əmrah Çəlikəllə danışdıq, mənə hər cür dəstək verəcəyini söylədi. Belədə bütün bacarığımı nümayiş etdirmək üçün əla imkanlara malik olduğum bir məkana gəldiyimi anladım. Sözsüz ki, son 3-4 ildə `Qarabağ` Azərbaycan futboluna yeni nəfəs gətirib. Yerli futbolçulara verilən dəyər `Qarabağ` məfhumunu insanlara daha da doğmalaşdırıb. Təbii ki, günümüzdə futbol xüsusi inkişaf mexanizminə malikdir. Biz də dünyanın idmanın şahında tərəqqi edən bütün müsbət meyarlardan yararlanmaq üçün çalışacağıq. `Qarabağ` rəhbərliyi ilə söhbətlərdən əmin oldum ki, həqiqətən də klub üçün böyük ideyaları var. Hazırda klubun strukturu qurulur. Baza yaxında zamanda hazır olacaq. Bundan sonra `Qarabağ`ın bütün yaş qrupları üzrə komandalarına cavabdehlik daşıyacam. Əlimdən gələn hər şeyi edəcəyəm ki, `Qarabağ`ın Futbol Akademiyası günü-gündən inkişaf etsin. Bu gün kollektivə təqdim olundum və daha sonra bütün yaş qrupları üzrə çalışan məşqçilərlə görüşümüz oldu. Komandalarımızın qazandığı nəticələr barədə məlumat verildi, mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı. Təbii ki, məsələnin texniki tərəfinə qarışmaq peşəkarlığa sığmır. Mənim işim futbolun idarəçilik, məşqçilər də isə meydanda olan hissəsidir. Əl-ələ verib klubumuzun gələcəyini qurmağa çalışacağıq. Futbolun inkişafını istəyiriksə, mütləq uşaq futboluna lazımi diqqət ayırmalıyıq. Başqa cür irəliləyiş əldə etmək mümkün olmayacaq. İşimiz çətin olsa da olduqca məsuliyyətlidir. Hədəfimiz `Qarabağ`ın simasında bütün Azərbaycan futboluna xidmət etməkdir. Hamı bilir ki, `Qarabağ` klubunun baş məşqçisi Qurban Qurbanov yerli gənclərlə işləməyə ütsünlük verən mütəxəssisdir. Bu məqam bizim məsuliyyətimizi birə-beş artırır. Çünki yalnız rəhbərlik deyil, həm də baş məşqçi hər zaman aşağı yaş qrupları üzrə komandaların durumunu nəzarət altında saxlayır. İnanıram ki, `Qarabağ` camiəsiüçün xeyirli olacam".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır" - MÜSAHİBƏ
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır" - MÜSAHİBƏ
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb