Tanınmış tiktoker həbs edildi

Tanınmış tiktoker həbs edildi
SOSİAL
16:22 30.07.2026
1284
Daha bir tiktoker həbs edilib.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir xanım tiktoker həbs edilib.

Məlumata görə, 1992-ci il təvəllüdlü Məmmədzadə Müjgan Əziz qızı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) ilə protokol tərtib olunaraq işə baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Müjgan Məmmədzadə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
OXŞAR XƏBƏRLƏR