Tanınmış türk müğənnisi pərəstişkarını məhkəməyə verdi - VİDEO
MAQAZİN
19:32 30.01.2013
1651
Türkiyənin tanınmış müğənnilərindən olan Davud Güloğlu öz pərəstişkarını məhkəməyə verib. Vəkili ilə birlikdə İstanbul Ədalət Sarayına gələn Davud Güloğlu gənc pərəstişkarının onu mütəmadi olaraq narahat etdiyini iddia edir.“Son vaxtlar daha çox narahat edir məni. İndiyə kimi səbr etdik, amma artıq bu həddə çatıb. Evimin qapısına kimi gəlir, çəkiliş meydançasında məni narahat edir. Məsələnin miqyası bir az böyüyüb. Əslində şikayət etmək mənasında deyil, sadəcə onu qorumaq üçün məhkəməyə müraciət etdik. Çünki intihar mövzulu ismarıclar göndərir. Ailəsinin ona yiyə durmasını istəyirəm”, - deyə o vurğulayıb.