Tanınmış türk serialında azərbaycanlını təhqir etdilər: 'O dəyyusdur' - VİDEO

Tanınmış türk serialında azərbaycanlını təhqir etdilər:
Bütün Xəbərlər
11:20 20.09.2012
2960
Dünən Türkiyənin “Star” kanalında yayımlanan “Muhteşem Yuzyıl” serialında Azərbaycan şahına qarşı daha bir təhqiramiz ifadə işlənib.
Serialın 65-ci bölümündə Sultan Süleymanla eyni dövrdə Azərbaycana rəhbərlik etmiş, Şah İsmayılın oğlu Təhmasibi aşağılayıcı ifadələr səslənib. Sultan Süleymanın vəziri İbrahim Paşa Şah Təhmasibi “dəyyus” adlandırıb və onun “şah”lığını lağa qoyub: “Bir Osmanlı bəyi, Təhmasib deyilən o dəyyusa şah ünvanı ilə xitab edə bilməz. Heç bir Osmanlı bəyi Təhmasiblə hünkarımızı müqayisə edə bilməz. Göy üzündə necə ki bir günəş varsa, yer üzündə də bir tək imperator var ki, o da Sultan Süleyman xandır”.
Qeyd edək ki, bu, “Muhteşem Yuzyıl” serialında Azərbaycan şahlarına qarşı ilk təhqir deyil. Serialın ötən mövsümündə Sah İsmayılın şahlığı ələ salınmışdı və o, “əmir” kimi təqdim olunmuşdu.
Azərbaycanda və bir çox ölkələrdə böyük izləyicisi olan bu serialın istehsalçılarının, bilərəkdən qardaş ölkənin tarixi şəxsiyyətlərinə qarşı belə təhqirlərə niyə yol verildiyinə, nəhayət, aydınlıq gətirilməlidir. Movzunu davam etdirəcəyik.
Qafqazinfo.az
y4_HDTVby ddizi
OXŞAR XƏBƏRLƏR