Tanzaniya prezidenti yoxa çıxıb

Tanzaniya prezidenti yoxa çıxıb
DÜNYA
11:14 11.03.2021
616
Tanzaniya müxalifətinin lideri Tundu Lissu hökuməti ictimaiyyət arasında iki həftədir görünməyən prezident Con Maqufulinin yerini açıqlamağa çağırıb.
 
Bu barədə "BBC” məlumat yayıb.

Lissu prezidentin rifahının ictimaiyyəti narahat edən problem olduğunu söyləyib.

Tanzaniya hökuməti mediaya Maqufulinin səhhəti ilə bağlı yoxlanılmamış məlumatları yaymamaqla bağlı xəbərdarlıq edib.

Keniyanın aparıcı qəzetlərindən biri yazıb ki, Maqufuli koronavirusa yoluxub və Nayrobi xəstəxanasındadır, lakin bu informasiya rəsmən təsdiq edilməyib.
 
///Azvision.az
OXŞAR XƏBƏRLƏR