Hindistanda gənclərdən ibarət "Tarakanlar Xalq Partiyası” hərəkatının lideri Abhicit Dipke parkı ziyarət qadağasını pozduğuna görə saxlanılıb.
Bu barədə "India Today” nəşri məlumat yayıb.
Bildirilib ki, Dipkeyə Yeni Dehlinin Konnot-Pleys ərazisində yerləşən Mərkəzi parka getməməsi ilə bağlı iki dəfə xəbərdarlıq edilib. Lakin o, qadağanı pozub.
Nəşrin məlumatına görə, saxlanılma ictimai asayişin pozulması ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Hərəkat liderinin oktyabrın 17-də məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Qeyd edək ki, "Tarakanlar Xalq Partiyası” 2026-cı ilin mayında yaranan gənclər və tələbələrdən ibarət internet hərəkatıdır. Hərəkat Hindistan Ali Məhkəməsinin hakimi Surya Kantın etiraz edən tələbələri "tarakanlar” adlandırmasından sonra satirik internet təşəbbüsü kimi ortaya çıxıb. May ayının sonunda hərəkat sosial şəbəkələrdə populyarlıq qazanaraq "Instagram”da 18 milyondan çox izləyici toplayıb.
Müqayisə üçün bildirək ki, hakim Hindistan Xalq Partiyasının həmin platformada izləyicilərinin sayı təxminən 9 milyon olub.
İyun ayında isə "Tarakanlar Xalq Partiyası” Hindistanda bloklanıb.
///sfera.az///











































