Tarix “izlənmə sayı” ilə yazılmır

Tarix “izlənmə sayı” ilə yazılmır
SOSİAL
23:17 22.07.2026
885
Berlində keçirilən görüşlər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tural Sadıqlı ilə dialoqu zamanı səsləndirdiyi fikirlər bir şəxsin fəaliyyəti ilə əlaqədar mesaj deyil. Bu fikirlər son illərdə ölkədən kənarda fəaliyyət göstərərək Azərbaycan dövlətinə qarşı sistemli və qərəzli informasiya kampaniyaları aparan, milli maraqları hədəfə alan dairələrə verilmiş siyasi və mənəvi mesaj kimi də dəyərləndirilməlidir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Prezidentin köməkçisi polemika və emosional qarşıdurma yolunu seçmədən, kifayət qədər aydın və prinsipial mövqe ortaya qoyub. "Həyatda ən çətin şey vətənə və dövlətə xəyanət etməkdir” fikri əslində siyasi mübahisələrin fövqündə dayanan bir həqiqəti ifadə edir. Hakimiyyətin siyasətinin ayrı-ayrı istiqamətlərinə tənqidi yanaşmaq, fərqli mövqedən çıxış etmək mümkündür və bu, siyasi proseslərin təbii tərkib hissəsidir. Lakin xarici mərkəzlərin maraqları naminə öz dövlətinə qarşı fəaliyyət göstərmək, milli maraqları hədəfə alan kampaniyalarda iştirak etmək milli, vətəndaş, soydaş kimliyinin ən ağrılı deqradasiyasıdır.

Çünki xəyanət təkcə siyasi seçim deyil. Xəyanət insanın öz keçmişi, öz kökləri, mənsub olduğu xalq, daşıdığı soyad, danışdığı dil və aid olduğu mənəvi məkanla bağlarının qırılması deməkdir. Bu, bir insanın özünü öz yaddaşından, öz tarixindən və hətta öz gələcəyindən məhrum etməsidir. Tarix göstərir ki, vətənə sədaqət insanı ucaltdığı kimi, vətənə xəyanət də onu mənəvi tənhalığa və uçuruma sürükləyir. Xəyanətkarı heç xidmət etdiyi dairələr belə yüksək dəyərləndirmir, o, hər zaman vətənini satdığı kimi, hər kəsi, hamını, hətta özünü satmağa hazır fərd kimi qiymətləndirilir. Vətəni satdığı andan şəxs yalnız kod adı olan fərd, fiqurant, agentə çevirilir. Hikmət müəllim bu acı həqiqətin bütün xəyanətkarlar tərəfindən dərk olunmasına çalışdı. Yazıçı, filosof Çernışevski xüsusilə yaxşı ifadə edib: "Vətənə xəyanət ruhun həddindən artıq alçaqlığını tələb edir". H.Hacıyev məhz bu fikri diplomatik dildə məharətlə diqqətə çatdırdı.   

Ən önəmli məqam isə Hikmət Hacıyevin çıxışında nifrət və ya qisasçılıq deyil, təəssüf hissinin ön plana çıxmasıdır. "O statusda yaşayan insanlara yazığım gəlir” ifadəsi insanın yanlış seçimi və xarici maraqların istifadə alətinə çevrilməsi nəticəsində öz vətəni ilə münasibətlərini itirməsinin yaratdığı mənəvi boşluğa verilən qiymət idi. İnsanın öz xalqından, öz dövlətindən və milli kimliyindən uzaq düşməsi siyasi mübarizənin deyil, mənəvi məğlubiyyətin göstəricisidir.

Əslində xəyanətin ən böyük cəzasını xəyanətkar özü daşıyır. Təsadüfən, atalarımız "xain xoflu olar",-deməyiblər. Çünki belə bir seçim insanı doğmalarının hörmətindən, xalqının etimadından və ən əsası, öz vicdanı qarşısında rahat olmaq imkanından məhrum edir. Bu ağrını nə yüksək səslə deyilən sözlər, nə sosial şəbəkələrdə yaradılan süni gündəmlər, nə də xaricdən gələn dəstək kompensasiya edə bilir.

Hikmət müəllimin sözlərində siyasi rəqibə cavabdan daha çox, insan taleyi ilə bağlı acı bir həqiqət ifadə olundu, vətənə qarşı çıxmaq mümkündür, lakin vətənsiz qalmağın yaratdığı mənəvi boşluğu doldurmaq mümkün deyil. Çünki insan üçün ən ağır yük bəzən məğlubiyyət deyil, öz xalqının yaddaşında yanlış tərəfdə qalmaqdır.

Vətən mübahisə mövzusu deyil. Vətən insanın köküdür. Kökündən ayrılan ağac necə quruyursa, Vətənindən mənən qopan insan da zamanla özünü itirir. Zaman isə mənəvi boşluqda yaşayan bu insanları sürətlə sovurur...

Anar Yusifoğlu
Əməkdar jurnalist
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı