XIX əsrdə Fransa imperatoru, daha sonra İtaliya kralı olan Napaleon dünyanın ən bacarıqlı sərkərdələrindən hesab olunur. Napaleon bəlkə də Avropa tarixinin dəyişilməsinə səbəb olmuş biridir... Bu dəfə isə “Napoleon” tort tarixini dəyişəcək. “Çudo Peçka” yeni “Napoleon” ilə qənnadı məhsulları tarixində yeni səhifə açır.
AZXEBER.COM-un məlumata görə, şirkət klassik “Napoleon” tortunu tamam fərqli formatda yenidən təqdim edir. “Çudo Peçka”ın “Yeni dad” layihəsi ilə hazırlanan bu torta yeni dad qatılıb və adət olunan tərkibi bir qədər dəyişdirilib.
Şirkət “Yeni dad” layihəsi ilə daha əvvəl müştərilərinə 6 tort, 3 piroq təqdim etmişdi. Bu gündən etibarən isə “Napoleon” da daxil olmaqla daha 3 klassik tortu yeni forma, dad və keyfiyyətdə hazırlayaraq satışa çıxarıb.
“Çudo Peçka”ın “Yeni dad” layihəsinin növbəti seriyasını daha çox “köhnə ad, yeni dad” adlandırmaq olar. Çünki, bu dəfə müştərilərə təqdim olunan 3 tortun hər biri tanınmış klassik tortlardır ki, “Çudo Peçka” həmin tortların üzərində işləyərək dadını, keyfiyyətini, formasını bir qədər dəyişdirib. Həmin layihə ilə “Napoleon”dan başqa, “Medovik” və “Quş südü” tortları yenilənib. Dəyişikliklərdən sonra fərqli görkəm və dad qazanan tortlar bütün “Çudo Peçka” mağaza-kafelərində satışdadır.