Britaniyalılar tarixin ən qəmgin mahnılarının siyahısını təşkil ediblər. Dünyanın ən depressiv mahnısı Amerika rok qrupu “REM”in ifa etdiyi “Everybody Hurts” mahnısı seçilib. Britaniyalı teatr rejissoru Devid Kinqin sifarişi ilə insanlar arasında aparılmış sorğu nəticəsində müəyyən olub ki, hətta kişilər belə adı çəkilən musiqi parçasını izlədikdə göz yaşlarını saxlaya bilmirlər. Qeyri adi siyahıda ikinci yerdə məşhur Britaniyalı müğənni Elton Conun 1997-ci ildə hitə çevrilmiş “Candle in the light” mahnısı gəlir. İlk üçlüyü isə 1988-ci ildə mavi ekranlardan düşməyən “The living years” adlı həzin mahnı ilə “Mayk and Mechanics” qrupu tamamlayır. İnsanların qəlbinin simini oynadan mahnıların siyahısına Leanord Koenın “Haleluya” mahnısı, Selin Dionun “Titanik” filminə saundtrek olaraq ifa etdiyi “May hart will go on”, Prins və Şineyd Okonorun “Nothing compares to you”, Whitney Hyustonun “Cangüdən” filmi üçün oxuduğu “İ will always love you” kimi mahnılar da daxil edilib ANSPRESS