Tarqovıda geylərlə gənclər arasında dava düşdü

Tarqovıda geylərlə gənclər arasında dava düşdü
Bütün Xəbərlər
19:00 05.05.2014
7347
Bakının Nizami küçəsində (Tarqovı) dava düşüb.
AZXEBER.COM xəbər verir ki, 3 nəfər gənc təcavüzə məruz qaldıqlarını deyiblər və polisi həmin əraziyə çağırıblar. 
Şikayətçilər cinsi azlıq olduqlarıa görə hücuma məruz qaldıqlarını bildiriblər. Belə ki, həmin ərazidə yerləşən restoranın qarşısında dayanan gənclərə 5-6 nəfərlik bir qrup tərəfindən təhqirici sözlər ünvanlanıb, qarşı tərəf də buna cavab verib və insident yaşanıb.
Gey olduqlarını deyən gənclər əraziyə polisi dəvət ediblər, qarşı tərəf isə bunu görən kimi həmin yerdən uzaqlaşıblar. 
Qeyd edək ki, Bakı sakinləri də bu insidenti maraqla izləyiblər. 
OXŞAR XƏBƏRLƏR