‘Tarqovı’dakı məşhur restoranların küçə ticarətinə niyə son qoyuldu? - FOTOLAR

‘Tarqovı’dakı məşhur restoranların küçə ticarətinə niyə son qoyuldu? -  FOTOLAR
Bütün Xəbərlər
16:13 11.06.2013
4102

Bakı şəhərinin mərkəzində yerləşən “Şaurma”, “Mado”, “All chicken” restoranlarının küçə ticarətinə son qoyulub.

AZXEBER.COM-un məlumatına görə, fəvvarələr meydanında yerləşən məşhur restoranlar yay aylarında küçələrə stollar çıxartmaqla şəhərdə gəzintiyə maneçilik törədirdi. Artıq sözügedən restoranların hegemonluğuna son qoyulub.

Səbail Rayon İcra Hakimiyyətin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri İsrafil Kərimovun AZXEBER.COM-a verdiyi məlumata görə, bütün bu obyektlərin yığışdırılması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təstiqlənib:

“Bu məsələlərlə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti məşğul olur. Təbii ki, qanunla nəzərdə tutulduğu qaydada həmin obyektlər yığışdırılıb. Həmin obyektlər qeyri-qanuni olaraq kənarda ərazini zəbt etmişdilər”.

OXŞAR XƏBƏRLƏR