"Taşacak bu deniz"də ayrılıq: "Gezep" yeni mövsümdə olmayacaq

"Taşacak bu deniz"də ayrılıq: "Gezep" yeni mövsümdə olmayacaq
MAQAZİN
10:32 18.06.2026
231
"Taşacak bu deniz" serialında tamaşaçıların sevimlisinə çevrilən "Gezep" obrazını canlandıran Onur Dilber yeni mövsümdə layihədə yer almayacağını açıqlayıb.

AZXEBER.COM Türkiyə mətbuaına istinadən xəbər verir ki, aktyor verdiyi açıqlamada Gezep obrazının son dövrlərdə keçirdiyi dəyişimin izləyicilərin də diqqətindən yayınmadığını bildirib.
 
Onur Dilberin "Qərarı təəccüb və üzüntü ilə öyrəndim. Əslində deyiləcək çox söz var, vaxtı gələndə inşallah danışarıq" ifadəsi isə serialdan ayrılığın pərdəarxası səbəbləri ilə bağlı müxtəlif müzakirələrə yol açıb.

Sevilən "Gezep" obrazının serialla vidalaşacağı xəbəri "Taşacak bu deniz" izləyiciləri arasında böyük rezonans doğurub. Sosial şəbəkələrdə çoxsaylı tamaşaçılar qərara münasibət bildirərək obrazın serialın ən yaddaqalan personajlarından biri olduğunu vurğulayıblar.
 
Aysel
OXŞAR XƏBƏRLƏR