Amerika Milli Marşı və İstiqlal Marşının oxunmasıyla başlayan nümayişdə Erməni terror təşkilatı ASALA-nın qətlə yetirdiyi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Erməni iddialarını yalan olduğunu əks etdirən şüarlar səsləndirən nümayişçilər meydanda plakatlar və bayraqlarla fikirlərini çatdırmağa çalışıblar.
Gənc Türklər Dərnəyinin təşkil etdiyi aksiyada New York Baş konsulu Məmməd Samsar, Türk Amerikan Dərnəkləri Assambleyası rəhbəri Günay Evinç, Türk Amerikan Dərnəkləri Federasiyası rəhbəri Qaya Boztepe, Gənc Türklər Dərnəyi başçısı Tolqa Tekman, keçmiş ABŞ başçısı Ronald Reaganın hüquq məsləhətçisi Bruce Fein və ABŞ-da yaşayan türklər iştirak edib.
Qeyd edək ki, aksiya Nyu Yorkda bu il yeddinci dəfədir keçirilir.