Ağırçəkili sabiq dünya çempionu Mayk Tayson “Real” klubu və Portuqaliya yığma komandasının futbolçusu Kriştiano Ronaldoya boks əlcəyi hədiyyə edib.
Ronaldo 10 may tarixində İspaniya çempionatının növbəti turunda het-trik edərək əfsanəvi futbolçu Ferents Puşkaşın rekordunu təzələyib. Ronaldo 2010/11 mövsümündə 49 qol vurmaqla Puşkaşın 1959/60-cı ildə müəyyənləşdirdiyi rekordu yeniləyib.
Ronaldo İspaniya çempionatında 36 qol vuraraq ən yaxşı bombardir ünvanına da sahib çıxıb. “Real” isə İspaniya çempionatının bitməsinə 2 tur qalmış ikinci yeri tutaraq çempionluq şansını itirib.
//Ans Press