Avtomobillərin videoreqistratorları qəza anını qeydə alıblar.
TransAsia aviaşirkətinin 58 sərnişin olan ATR 72-600 təyyarəsi çərşənbə günü - fevral ayının 4-də Tayvan paytaxtı Taybey yaxınlığında qəzaya uğrayıb, Agence France-Presse bildirib.
Zərərçəkənlərin 17-si təyyarənin salonundan çıxa biliblər. Onlar təyyarədən qalan digər sərnişinlərə yardım etməyə çalışıblar, bir müddət sonra işə başlayan xilasedicilər onları sahilə təxliyyə ediblər.
Təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Təyyarə Sunşan aeroportundan Szinmen yarımadasına daxili reyslə uçurdu. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra o avtomobil körpüsünə dəyərək çaya düşüb.
Körpüdən keçən bir neçə avtomobilin videoreqistratorları qəza anını qeydə alıblar.