Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÜNYA
01:31 08.07.2026
250
Tbilisi Beynəlxalq Hava Limanı güclü leysan yağışları səbəbindən qismən işıqsız qalıb.
Gürcüstan mediasının məlumatına görə, paytaxtda müşahidə olunan intensiv yağıntılar elektrik təchizatında problemlərə səbəb olub.
Qeyd edək ki, ötən gün də Tbilisidə güclü yağış yağıb. Nəticədə şəhərin bir sıra küçələri və avtomobillər su altında qalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.