Bu gün Tbilisinin Lilo qəsəbəsində yaşayış binasında partlayış olub.
APA-nın "Mtavari” telekanalına istinadən verdiyi məlumata görə, Tenqiz küçəsindəki binada baş verən partlayış nəticəsində 65 yaşlı qadın ölüb.
Binanın dördüncü mərtəbəsindəki mənzildə baş verən partlayış zamanı partlayış dalğası eyvanın qapısını çıxarıb, evin sahibi dördüncü mərtəbədən yerə düşüb O, aldığı travmalardan hadisə yerində ölüb.