Tbilisidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Tbilisidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
DÜNYA
23:37 04.06.2019
13083
İyunun 3-də Tbilisidəki M.F.Axundzadə adına İncəsənət Qalereyasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi və konsert təşkil olunub.
Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkil etdiyi tədbirdə balaca rəssamlar Məryəm Babayeva, Elene Qurqenidze və Qeorqi Deraşvilinin əsərləri nümayiş etdirilib.
Assosiasiyanın sədri Gültəkin Mustafayeva çıxış edərək əlamətdar gün münasibətilə balacalara təbriklərini çatdırıb, Tbilisidə Azərbaycandan gəlmiş uşaqların gürcü həmyaşıdları ilə birgə bu cür tədbirdə iştirakını yüksək qiymətləndirib.
Azərbaycan-Gürcüstan dostluğundan danışan G.Mustafayeva belə sərgi, konsert və digər tədbirlərin münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Sonra Bakıdan gəlmiş və yerli balaca modelyerlər və rəqs qrupları Azərbaycan və gürcü xalq rəqslərini ifa edib, ölkəmizin milli geyimlərini nümayiş etdiriblər.
Sonda qaliblərə diplomlar, balaca fidanlara bayram hədiyyələri təqdim olunub.
///AZƏRTAC
OXŞAR XƏBƏRLƏR