TBMM sədri: “İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik”

TBMM sədri: “İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik”
SOSİAL
17:06 25.09.2026
202
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Time Medya Haber-in rəhbəri və jurnalist Ali Kan ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı Ali Kan rəhbərlik etdiyi media qurumunun fəaliyyəti, Türkiyə-Azərbaycan arasında etibarlı media körpüsünün yaradılması və iki qardaş ölkə arasında informasiya mübadiləsinə verilən töhfələr barədə məlumat verib.

Numan Kurtulmuş Türkiyə-Azərbaycan münasibətlərinə toxunaraq iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.

"İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik. Biz birik, birlikdəyik; eyni tarixi yaddaşı, mədəniyyəti və taleyi paylaşan bir bütövük”, - deyə TBMM sədri bildirib.

Kurtulmuş iki qardaş ölkə arasında doğru məlumatın doğru mənbədən çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi istiqamətində görülən hər bir işin dəyərli olduğunu bildirib.

Ali Kan isə Time Medya Haber olaraq Türkiyə və Azərbaycan arasında etibarlı media körpüsünün yaradılması, eləcə də iki ölkə arasındakı münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

Görüşün sonunda Ali Kan TBMM sədri Numan Kurtulmuşa göstərdiyi diqqətə, xoş arzularına və xeyir-duasına görə təşəkkür edib.
 

 

 


OXŞAR XƏBƏRLƏR