TDT-nin Baş katibi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

TDT-nin Baş katibi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
SİYASƏT
11:54 18.10.2026
207
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Baş katib bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə hökumətə və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Kubanıçbek Ömüralıyev bildirib ki, bu əlamətdar tarix Azərbaycan xalqının iradəsini, əzmkarlığını, müstəqilliyinə və suverenliyinə sadiqliyini əks etdirir.

Baş katib Azərbaycana sülh, birlik, davamlı inkişaf və rifah arzulayıb.
OXŞAR XƏBƏRLƏR