TƏBİB-dən Ağstafada baş verən avtobus qəzasında yaralananların səhhəti ilə bağlı AÇIQLAMA

TƏBİB-dən Ağstafada baş verən avtobus qəzasında yaralananların səhhəti ilə bağlı AÇIQLAMA
SOSİAL
11:17 26.09.2022
392
Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Bu barədə AZXEBER.COM-a TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcəkdir.
OXŞAR XƏBƏRLƏR