TƏBİB-dən koronavirusla bağlı xəbərdarlıq: Bayram günlərində...

TƏBİB-dən koronavirusla bağlı xəbərdarlıq: Bayram günlərində...
SOSİAL
15:16 17.03.2021
4780
Koronavirusa yoluxmaların sayı artmağa davam edir. Əslində bu, gözlənilən idi. Qapanmalara getdiyimiz aylarda xəstə sayı azalmağa doğru gedir, lakin yumşalmadan bir müddət sonra əhali arxayınlaşır və yenidən artım müşahidə olunmağa başlayır. İndi də eyni tendensiyanı görürük.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib. Ekspert bildirib ki, bu kimi halların təkrarlanmasının səbəbi yumşaldılmadan sonra təmasların artmasıdır:

"Nəzərə almalıyıq ki, virusun asimptomatik və simptomatik formaları var. Belə olan halda qoruyucu tədbirlərdən istifadə etmədikdə virusun ötürülməsi asanlaşır. Görürük ki, kafe və restoranlarda insanlar sosial məsafə qaydalarını gözləmir. Azalmanın qarşısını almaq istəyiriksə, karantin tədbirlərinə diqqət etməliyik. Vətəndaş məsuliyyətini unutmamalıyıq. İstər nəqliyyat vasitələri, istərsə də digər qapalı məkanlarda qoruyucu tədbirlərə nə qədər düzgün əməl etsək, özümüzü bir o qədər qorumuş oluruq”.

Həkimin sözlərinə görə, maskalardan düzgün istifadə olunmaması da yoluxmaların sayının artmasına səbəb ola bilir.

"İnsanlar maskaya qoruyucu deyil, daha çox cəza və cərimədən yayınmaq vasitəsi kimi yanaşırlar. Görürük ki, maska burnun və ya çənənin altında olur. Burun və ağız maska ilə örtülməzsə, təbii ki, virusa yoluxma ehtimalı artır. Digər bir məsələ maskaların dəfələrlə istifadə olunmasıdır. Tibbi maskaların maksimum istifadə müddəti 6-8 saatdır. 6-8 saatdan çox istifadə olunmuş maska yararsız hesab olunur. Əhali arasında geniş istifadə olunan parça maskaların da qoruyuculuğu yoxdur, sadəcə cərimədən yayındırır. Maskaya dəyər verməliyik, yanaşma tərzi dəyişməlidir”.

Vasif Əliyev qeyd edib ki, virusun bütün ştammlarına qarşı qorunma tədbirləri eyni olaraq qalır:

"Viruslar tez-tez mutasiya olunmaq qabiliyyətinə malikdir. Mutasiyadan sonra yeni yaranan ştammlar özünə yeni xüsusiyyət qazanır. Məsələn, yoluxuculuq qabiliyyətinin sürətlənməsi Britaniya ştammına daha çox xasdır. Virus virulentliyini daha da artıra, azalda bilər. Və ya ştammların daha öldürücü versiyaları yarana bilər. Əslində, zamanla yeni yaranmış mutasiyalar nəticəsində virus özü-özünü də yox edə bilər. Bu, RNA viruslarına xas əlamətdir. Lakin biz buna arxayın olmamalıyıq. Virusun ştammına qarşı dəyişməyən qoruma tədbirlərinə davam etməliyik”.

İnfeksionist vurğulayıb ki, Novruz bayramı ilə əlaqədar yoluxma sayı daha da arta bilər:

"Bayramda insanlar bir-birinə daha çox qonaq gedir. Odur ki, xəstə sayının artması davam edəcək. Vəziyyəti nəzarətdə saxlamaq üçün əhalini daha diqqətli olmağa səsləyirik, dırnaqarası baxmamalıyıq. Bayram günlərini hər kəs öz evində ailəsi ilə birlikdə qeyd etsin. Əks halda rəqəmlər mini ötə bilər. Qışda əhalinin çoxu virusa yoluxdu və immunitet qazandı. Bununla yanaşı vaksinasiya həyata keçirilir. Lakin onu da nəzərə almaq lazımdır ki, xəstəlikdən sonra yaranan antikorlar bəzən daha qısa müddətdə yox ola bilir, daimi olaraq qalmır. Praktikada da görürük ki, təkrar yoluxmalar olur. "Xəstəliyi keçirmişəm, vaksin vurdurmuşam və rahat gəzə bilərəm” fikrindən yayınmaq lazımdır. Qorunma tədbirlərinə bir qayda olaraq hamı əməl etməlidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ