TƏBİB: Kifayət qədər vaksin ehtiyatımız var

TƏBİB: Kifayət qədər vaksin ehtiyatımız var
SAĞLAMLIQ
13:35 02.07.2021
1248
"Bizim kifayət qədər vaksin ehtiyatımız var".

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vaksinlər gəlməkdə davam edir: "Vaksinasiya çərçivəsində xeyli vaksin alacağıq. Həm də ikitərəfli müqavilələrimiz var. Vaksinlər ölkəyə gəlir və əhali üçün əlçatandır. Bundan sonra elmi statistik məlumatlar əsasında hansı vaksinlərə ehtiyac yaranacaqsa, hansı uyğun olacaqsa, ehtiyatlarımızı daim yeniləcəyik".
OXŞAR XƏBƏRLƏR